К содержимому

Agile Coach

PASHA InsuranceBaku, Azerbaijan

  • Lean Agile Mərkəzi

PAŞA Sığorta ASC namizədləri Agile Coach vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifədə əsas rolunuz komandaların Agile yanaşmalarını mənimsəməsinə, tətbiq etməsinə və təşkilat daxilində genişləndirməsinə dəstək göstərmək olacaq. Başlıca məqsədiniz komandalara mentorluq etmək, işlərin icrası və nəticələrin təqdim edilməsi proseslərini təkmilləşdirmək, eləcə də təşkilat daxilində davamlı inkişaf mədəniyyətini təşviq etməklə Agile transformasiyasını sürətləndirməkdir. . Vəzifə öhdəlikləri Əldə olunan təcrübə, yeni yanaşmalar, alətlər və metodologiyalar əsasında işlərin icrası proseslərinin təkmilləşdirilməsini təmin etmək; Agile çərçivəsində keçirilən görüş və tədbirlərin (Daily Standup, Sprint Planning, Retrospective, Backlog Refinement və s.) təşkilinə rəhbərlik etmək və onların effektiv keçirilməsinə dəstək göstərmək; Komandalara Agile üzrə qabaqcıl təcrübələrin tətbiqində mentorluq etmək və onların Agile yanaşmaları üzrə yetkinlik səviyyəsinin artırılmasına dəstək olmaq; Agile komandalarında eksperimentlərə, yeni yanaşmaların sınaqdan keçirilməsinə və innovativ düşüncə tərzinə əsaslanan iş mühitini təşviq etmək; İş axınının optimallaşdırılmasına diqqət yetirməklə Agile təcrübələri əsasında komandaların daha çevik və keyfiyyətli nəticələr əldə etməsinə şərait yaratmaq; İş yükü ilə komandanın mövcud resurs və icra potensialı arasında optimal balans yaratmaqla fəaliyyətin səmərəliliyini və nəticəliliyini artırmaq; Proses göstəricilərini təhlil və şərh edərək əsaslandırılmış qərarların qəbuluna və proseslərin davamlı təkmilləşdirilməsinə töhfə vermək; Münaqişəli vəziyyətləri konstruktiv şəkildə həll etmək, qarşılıqlı məqbul həll yolları müəyyənləşdirmək, məhsul komandaları və dəyər axınları (Value Streams) üzrə əməkdaşlığı gücləndirmək; Öz fəaliyyətini səmərəli planlaşdırmaq, yeni təşəbbüslər irəli sürmək və həyata keçirmək, proses və biznes məqsədlərinə nail olmaq üçün proaktiv addımlar atmaq; İş axınının vizual idarə olunmasını təmin etmək, eyni vaxtda icrada olan işlərin sayını (Work in Progress – WIP) məhdudlaşdırmaq və nəticələrin vaxtında əldə olunmasına yönəlmiş təşəbbüslərə rəhbərlik etmək; Rüblük proqram planlaşdırma lövhəsinin (Program Board) idarə olunmasını, dəyər və xərc hesablamalarının aparılmasını, eləcə də işlərin icra müddətinin (Cycle Time) optimallaşdırılması üzrə fəaliyyətləri koordinasiya etmək; Agile və Lean yanaşmalarından istifadə etməklə məhsulların müxtəlif funksional istiqamətlər arasında koordinasiyalı, səmərəli və nəticəyönümlü şəkildə hazırlanmasına və təqdim edilməsinə cavabdeh olmaq; Dəyişikliklərin idarə edilməsi yanaşmalarını tətbiq etməklə Agile komandalarının yetkinlik səviyyəsini artırmaq, dəyər yaratma proseslərini və məhsul komandalarının istifadə etdiyi Agile çərçivə və metodologiyalarını təkmilləşdirmək; Zərurət yarandıqda komanda ilə xarici maraqlı tərəflər arasında əlaqələndirici rolunu yerinə yetirmək. Bilik və bacarıqlar Scrum, Kanban və SAFe kimi müxtəlif Agile yanaşmaları üzrə biliklər; Agile görüş və tədbirlərinin effektiv təşkili və fasilitasiyası üzrə yüksək bacarıqlar; Backlog üzrə prioritetlərin müəyyənləşdirilməsi, istifadəçi hekayələrinin xəritələndirilməsi (User Story Mapping), proses göstəricilərinin təhlili və SMART məqsədlərin formalaşdırılması sahəsində təcrübə; Proqram təminatının hazırlanması üzrə həyat dövrü (SDLC) haqqında ətraflı biliklər və işlərin icra müddətinin (Cycle Time) idarə olunması üzrə səriştə; Yüksək səviyyədə ünsiyyət, təqdimat, şəxsiyyətlərarası münasibətlərin qurulması və aktiv dinləmə bacarıqları; Güclü analitik düşünmə, problemlərin müəyyənləşdirilməsi və effektiv həll yollarının tapılması bacarıqları; Maraqlı tərəflərlə münasibətlərin idarə olunması və effektiv əməkdaşlığın qurulması bacarığı; Jira, Miro, MS Excel və MS PowerPoint proqramları ilə işləmək bacarığı; İşlərin icrası üzrə konkret təşəbbüslərə sahiblik etmək və onların nəticələrinə görə məsuliyyət daşımaq bacarığı; Certified ScrumMaster (CSM), SAFe Agilist və ya digər Agile sertifikatlarının olması; layihələrin idarə edilməsi üzrə sertifikatlar (məsələn, PMI-ACP, PMP) üstünlük hesab olunur; Azərbaycan, ingilis və rus dillərini bilmək. Təhsil və iş təcrübəsi Layihələrin idarə edilməsi, biznesin idarə olunması və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. PASHA Insurance OJSC invites candidates to apply for the position of Agile Coach and become a member of our professional team. In this role, you will be responsible for guiding teams and leaders in adopting and scaling Agile practices. Your primary objective will be to accelerate the Agile transformation by mentoring teams, improving delivery processes, and fostering a culture of continuous improvement across the organization. Responsibilities Adapting improvements to delivery processes based on learnings, new practices, tools, and methodologies; Leading and supporting Agile ceremonies (Daily Standups, Sprint Planning, Retrospectives, Backlog Refinement, etc.); Coaching the team on Agile best practices and helping them mature in their Agile journey; Encouraging a mindset of experimentation on Agile squads; Facilitating the team’s work using Agile practices to execute with speed and quality through a focus on delivery flow; Balancing demand with team capacity to maximize delivery efficiency and effectiveness; Analyzing and interpreting process metrics to make informed decisions and improve processes; Effectively resolving conflicts, finding compromises, and supporting positive relationships with product teams/value streams; Organizing your own work, putting forward and implementing new ideas, and taking proactive steps to achieve process and business goals; Leading efforts to visually manage workflow and limit work in progress to deliver timely outcomes; Managing quarterly program board, value/cost calculations, and development process efficiency (cycle time) efforts; Being accountable for the effective, cross-functional delivery of products using agile/lean techniques; Being responsible for maturing agile teams, value processes, and agile frameworks/methodologies of product teams using change management techniques; Acting as a bridge between the team and external stakeholders when needed. Knowledge and Skills Knowledge in a variety of Agile frameworks such as Scrum, Kanban, SAFe; Strong facilitation skills for Agile ceremonies; Experience in backlog prioritization, user story mapping, process metrics, and SMART Goals creation; Solid understanding of SDLC and development process efficiency (Cycle Time) management; Excellent communication, presentation, interpersonal, and listening skills; Excellent problem-solving and analytical skills; Stakeholder management skills; Ability to work with Jira, Miro, MS Excel, MS PowerPoint; Ownership and accountability for specific delivery initiatives; Certified ScrumMaster (CSM), SAFe Agilist, or other Agile certifications; Project Management certifications (e.g., PMI-ACP, PMP) are beneficial; Language skills: Azerbaijani, English, Russian. Education and Experience Bachelor’s degree in Project Management, Business Administration, or a related field. What We Offer Meaningful Work Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. A Team That Grows Together Opportunity to work in a professional, supportive, and collaborative team environment. Continuous Development Opportunities Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. A Trust-Based Work Environment A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported. *Only candidates who meet the initial selection criteria will be contacted.

openqareer не кадровое агентство: вакансия собрана с открытого источника, отклик подаётся на сайте работодателя.